VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Azərbaycan hava yolları” QSC (AZAL) Heydər Əliyev adına beynəlxalq hava limanında və regional aeroportlarda təhlükəsizlik tədbirlərini gücləndirib.

AZAL mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin verdiyi məlumata görə, fonunda  bu tədbirlər bu gün Brüsselin beynəlxalq hava limanında  baş verən terror aktı fonunda "Azərbaycan hava yolları” rəhbərliyinin tapşırığına əsasən həyata keçirilir.

Aviasiya təhlükəsizliyi rejiminin gücləndirilməsi ilə bağlı ölkədəki bütün hava limanlarının təhlükəsizlik xidmətlətlərinə müvafiq tapşırıqlar verilib.

Kəsəmənski həmçinin bildirib ki, Azərbaycanın mülki aviasiya obyektləri mütəmadi yoxlamadan keçir və plan üzrə nəzarət tədbirlərinin gücləndirilməsi həyata keçirilir.

Qeyd edək ki, bu gün Brüssel aeroportunda və metrosunda partlayışlar törədilib. Hadisə nəticəsində 20-dən çox insan ölüb.
 
BAKU.WS