Bakı-Sumqayıt yolunda qəza: Tıxac yarandı - VİDEO

03
iyn
2020
10:20
Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi yaxınlığından keçən hissəsində baş verib.
TIR markalı yük maşını ilə “Hyundia” markalı, 90 LX 508 nömrə nişanlı avtomobil toqquşub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Qəza Bakı-Sumqayıt yolunun Xırdalan dairəsindən “Ekologiya postu”na qədər olan hissəsində tıxacın yaranmasına səbəb olub.
Xatırladaq ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlər davam edir.
Qalereya
Oxşar xəbərlər
“Ekologiya postu” sökülür - VİDEO
Bakı-Sumqayıt yolu üzərindəki Baş Dövlət Yol Polisi İdarəsinin ''Ekologiya postu'' söküləcək. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Sumqayıtdan Bakı ist...
