9 nəfər işdən çıxarılıb, 31 nəfər məsuliyyətə cəlb edilib - TƏBİB

9 nəfər işdən çıxarılıb, 31 nəfər məsuliyyətə cəlb edilib - TƏBİB
Hadisə 91

Bu il TƏBİB tabeli tibb müəssisələrində aparılan monitorinqlər nəticəsində 9 əməkdaş işdən çıxarılıb, 31 nəfər məsuliyyətə cəlb edilib.

TƏBİB-in məlumatına görə, 2026-cı ilin aprel ayından etibarən Sabunçu Tibb Mərkəzi, Qusar Rayon Mərkəzi Xəstəxanası, Xəzər Tibb Mərkəzi, Akademik Mirməmməd Cavadzadə Adına Respublika Kliniki Uroloji Xəstəxanası, Ə.D.Məlikov Adına Binəqədi Tibb Mərkəzi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Şamaxı Rayon Mərkəzi Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, 11 nömrəli Şəhər Poliklinikası, Yazıçılar Birliyi Poliklinikası, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Ağdam Rayon Mərkəzi Xəstəxanası, İmişli Rayon Mərkəzi Xəstəxanası, İnnovasiya və Təchizat Mərkəzi, Biləsuvar Rayon Mərkəzi Xəstəxanası, Hövsan Tibb Mərkəzi, 9 saylı Şəhər Poliklinikasında aparılmış yoxlama və araşdırmalar nəticəsində 9 əməkdaşın əmək müqaviləsinə xitam verilib, 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, 5 araşdırmanın nəticəsi üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi və müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.

"Hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanası, Nizami Tibb Mərkəzi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında bu istiqamətdə tədbirlər həyata keçirilir. Prosesin ölkə üzrə digər tabeli tibb müəssisələrində də davam etdirilməsi nəzərdə tutulur".

Qeyd olunub ki, həyata keçirilən tədbirlər tibb müəssisələrində xidmət keyfiyyətinin artırılmasına, fəaliyyətin daha səmərəli təşkilinə və mövcud çatışmazlıqların vaxtında aradan qaldırılmasına xidmət edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda baş verən zəlzələ ilə bağlı RƏSMİ MƏLUMAT

Azərbaycanda baş verən zəlzələ ilə bağlı RƏSMİ MƏLUMAT

Azərbaycanda baş verən zəlzələ ilə bağlı rəsmi məlumat yayılıb. BAKU.WS xəbər verir ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Qəbələ stansiyasınd...

559 Hadisə 15:36 12 iyun 2026

Son xəbərlər