9 il əvvəl törədilən qətlin üstü açıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatala Rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə keçirdikləri istintaq əməliyyat-axtarış tədbirləri nəticəsində 9 il əvvəl qətl törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, 2011-ci ildə Zaqatala şəhər sakini S.Eyyubovanı yaşadığı evdə bıçaqla qətlə yetirərək hadisə yerindən yayınan şəxsin Gəncə şəhər sakini Polad İsmayılov olduğu müəyyən edilib.
O, şübhəli şəxs qismində saxlanılıb və törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda marketdə qətl törədən şəxs tutuldu
Bakıda qətl törədən şəxs saxlanılıb. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Belə ki, BŞBPİ-nin Cinayət...