Bakıda marketdə qətl törədən şəxs tutuldu

Bakıda marketdə qətl törədən şəxs tutuldu
Hadisə 401

Bakıda qətl törədən şəxs saxlanılıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Belə ki, BŞBPİ-nin Cinayət-Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də gecə saatlarında Xətai rayonu Zığ yolunda yerləşən marketlərin birində törədilən qətlin üstü açılıb.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Əliyev Bəxtiyar Yusif oğlunu kürək nahiyəsindən bıçaqlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü İsmayıl Ağəsənov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Bakıda soyğunçuluq edən Bəhruzun digər əməlləri də ifşa olundu

Bakıda soyğunçuluq edən Bəhruzun digər əməlləri də ifşa olundu

Bakı şəhər BPİ, Səbail RPİ əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də saat 21 radələrində naməlum şəxs tərəfindən soy...

342 Hadisə 10:24 11 fevral 2020

Son xəbərlər