Bakıda 2 nəfəri güllələyən şəxsi polis tutdu

Bakıda 2 nəfəri güllələyən şəxsi polis tutdu
Hadisə 551

Dekabrın 22-də gecə saatlarında Yasamal rayonu, Şərifzadə küçəsində, əvvələr məhkum olunanlar - 1987-ci il təvəllüdlü İ.Bağıyev, 1989-cü il təvəllüdlü Z.Muradov bədənin müxtəlif nahiyyələrindən aldığı güllə yarası ilə xəstəxanaya daxil olub.

Bu barədə Bakı Şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərilə ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Tural Nağıyev tutularaq istintaqa təhvil verilib.

T.Nağıyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda keçmiş məhkum bıçaqlanıb

Bakıda keçmiş məhkum bıçaqlanıb

Bakıda 41 yaşlı kişini bıçaqlayan gənc saxlanılıb. BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə dekabrın 20-də paytaxtın Xəzər rayonu ərazisində qeydə alı...

352 Hadisə 10:22 21 dekabr 2019

Son xəbərlər