SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ötən gün Bakıda yağış suları insanları çıxılmaz vəziyyətə salıb.
 
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Nərimanov rayonunda yağan intensiv yağışlar nəticəsində suyun səviyyəsi qalxmış, içərisində 7 nəfər olan 3 minik avtomobili yolda hərəkətsiz vəziyyətdə qalmışdır. FHN-in xilasediciləri xüsusi texnika vasitəsi ilə avtomobilləri kənara çəkmiş və vətəndaşları təxliyyə etmişlər. 
 
Ümumiyyətlə gecə ərzində Bakının küçələri yağış suları nəticəsində keçilməz olub.  
 
BAKU.WS