Azərbaycanda avtomobil 9 metrlik quyuya düşdü - FOTO

Azərbaycanda avtomobil 9 metrlik quyuya düşdü - FOTO
Foto
Hadisə 309

Gəncədə hərəkətdə olan avtomobil 9 metr dərinlikdə olan quyuya düşüb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin Atabəylər adlanan prospektində baş verib. Qəza nəticəsində avtomobildə olan 30 yaşlı şəhər sakini dünyasını dəyişib. 35 yaşlı Fuad Rəcəbov xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onlardan Fuad Rəcəbovun vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, qəza avtomobilin yüksək sürətlə hərəkət etməsi və avtomobildəki şəxslərin çuxuru görə bilməmələri olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər