Yardımlıya nişana gedərkən qəzaya düşən qadın xəstəxanada öldü

Sumqayıtda xəstəxanaya yerləşdirilən 22 yaşlı qadın təxminən iki ay yarımdan sonra ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu ilin martın 7-də Yardımlıya nişan mərasiminə gedən ailənin Masallı rayonunda qəzaya düşməsi nəticəsində ağır bədən xəsarətləri alan 1998-ci il təvəllüdlü Sumqayıt sakini Rəna Mahmudlu xəstəxanada vəfat edib.
Avtoqəzada xəsarət alan R.Mahmudlu həmin gün Lənkəran rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə aparılıb.
İki aydan çox orada müalicə alan 22 yaşlı qadın ötən gün Sumqayıta gətirilərək Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti ağırlaşan R.Mahmudlunu həkimlər xilas edə bilməyib və o, bu gün xəstəxanada keçinib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Nişan mərasiminə gedən ailə qəzaya düşdü, 3 nəfər öldü - VİDEO - YENİLƏNİB
Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Köhnə Zuvand kəndində qeydə alını...