87 yaşlı qadının sağlam ayağını kəsən həkim: "Mən sənətkaram"

87 yaşlı qadının sağlam ayağını kəsən həkim: Mən sənətkaram
Hadisə 4517

 

"İnsanlar günlərdir məndən danışırlar. Artıq bu mövzuda danışmaqdan bezmişəm. Bilmədən səhv eləmişəm. Səhvimi boynuma alıram, gizlətmirəm. Hər bir həkimin başına gələ bilər. Bu vaxta kimi heç bir xəstə məndən narazı qalmayıb".

BAKU.WS bildirir ki, bunu azvision.az-a Bakıda xəstənin ayağını səhv kəsən Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzinin həkimi Valeh Kərimov deyib.

O, elədiyi səhvə görə, qanun qarşısında cavab verməyə hazır olduğunu bildirib.

"Müvəqqəti olaraq işimdən uzaqlaşmışam. İş yekunlaşana qədər həkim kimi fəaliyyət göstərməyəcəyəm. Mən sənətkaram, bu sahədə peşəkar həkiməm. Bir səhvə görə karyeramı ləkələyə bilməzlər. Qanun qarşısında qərar qəbul edildikdən sonra öz sənətim üzrə işimi davam etdirəcəyəm". 

Qeyd edək ki, Valeh Kərimov 81 yaşlı diabet xəstəsi olan Tərlan Əliyevanın sol ayağı əvəzinə sağ ayağını kəsib. Faktla bağlı cinayət işi açılıb.

BAKU.WS

Son xəbərlər