VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ötən gün Ankarada baş verən partlayış zamanı "Qalatasaray”ın hücumçusu Umut Bulutun atası da həlak olanlar arasında olub.

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, Bulutun atasının həmin gün Ankaraya "Gənclərbirliyi” - "Qalatasaray” oyununu izləmək üçün gəldiyi bildirilir. Oyunu izlədikdən sonra evinə dönən futbolçunun atası partlayış zamanı həyatını itirib. 
 
Türkiyəni qana bulayan terror hadisəsi martın 13-də baş verib. Ankaranın Kızılay meydanında dayanacaqda törədilən partlayış nəticəsində 37 nəfər ölüb, 125 nəfər yaralanıb.
 
BAKU.WS