VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının mərkəzində xarici vətəndaşa məxsus mağazalardan biri qarət olunub.

Bu barədə mağazanın əməkdaşı BAKU.WS-in “qaynar xətt”inə məlumat verib.

Bildirilir ki, aprelin 7-də səhər saatlarında Yasamal rayonu, Azərbaycan prospekti 29 ünvanında yerləşən kofe dükanına giriblər.

Oğrular mağazada müdirin şəxsi əşyalarını, eləcə də bahalı avadanlıqları oğurlayıblar.

Hadisə barədə polisə məlumat verilib. Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, oğrular müşahidə kamerasına düşüblər. Həmin görüntüləri təqdim edirik. Bu insanları tanıyan varsa, polisə zəng etsinlər.

BAKU.WS
VİDEO