Akif Çovdarov və Sübahir Qurbanov azadlığa buraxılıb

Akif Çovdarov və Sübahir Qurbanov azadlığa buraxılıb
Hadisə 155

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar 9 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, sərəncamla cəzaçəkmə müəssisəsindən 8 nəfər azadlığa buraxılıb.

Onların arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi general-mayor Sübahir Qurbanov da var.

Son xəbərlər