Bakıda xəstəlikdən bezən kişi intihar etdi

03
apr
2020
20:26
Bakının Nəsimi rayonunda bir nəfər sirkə turşusu içərək intihar edib.
BAKU.WS-in məlumatına görə, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Aprelin 1-də 1953-cü il təvəllüdlü Azad Ramazanov Toksikoloji Mərkəzə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq həmin şəxs ertəsi gün ölüb.
Məlum olub ki, A.Ramazanov uzun müddət vərəm xəstəliyindən əziyyət çəkirmiş və bu səbəbdən də həyatına qəsd edib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda polis əməkdaşı sirkə turşusu içərək zəhərlənib
Şəki rayonunda polis əməkdaşı sirkə turşusu içərək zəhərlənib.BAKU.WS "Report"-a istinadən xəbər verir ki, hadisə şəhərin M.F.Axundov küçəsi, 3 ünvanında baş ve...
