SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda kişi yetkinlik yaşına çatmayan qıza narkotik vasitə verərək zorlayıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Bu barədə 42 yaşlı qadın Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət edib.

Qadın bildirib ki, Kamran adlı kişi 15 yaşlı qızını zorlayıb.

Şikayətçi bildirib ki, Kamran qızına heroin verib və ona təcavüz edib.

Qadının sözlərinə görə, hadisə fevralın 15-də baş verib.

Qadının şikayəti əsasında Ağdam rayon sakini, 1999-cu il təvəllüdlü Kamran Baxşıyev tutulub.

Onun üzərindən 406 qram heroin tapılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

BAKU.WS