SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağdaşda fəhlənin faciəli şəkildə ölümü ilə bağlı cinayət işi başlanıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Ləki qəsəbəsində yerləşən "Kafkaz" QSC-yə məxsus Beton Zavodunda qeydə alınıb.

Zavodda fəhlə işləyən rayon sakini Mahir Hacıyev beton qarışdıran qurğunun içinə düşərək ölüb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci ( əmək mühafizə qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

BAKU.WS