Fəhlə beton qarışdıran qurğunun içinə düşərək ölüb

07
mar
2020
10:58
Ağdaşda fəhlənin faciəli şəkildə ölümü ilə bağlı cinayət işi başlanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Ləki qəsəbəsində yerləşən "Kafkaz" QSC-yə məxsus Beton Zavodunda qeydə alınıb.
Zavodda fəhlə işləyən rayon sakini Mahir Hacıyev beton qarışdıran qurğunun içinə düşərək ölüb.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci ( əmək mühafizə qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
Oxşar xəbərlər
Fəhlənin sexdə yanıb ölməsinə görə vəzifəli şəxslər həbs edildi – RƏSMİ
Son dövrlər mülkiyyət formasından və təsərrüfat fəaliyyətindən asılı olmayaraq bəzi təsərrüfat idarəetmə orqanlarında insan ölümü ilə nəticələnən əməyin mühafiz...
