13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Erməni kişi arvadını türk kişi ilə Skype-da danışdığı üçün öldürüb. 
 
BAKU.WS-in məlumatına görə, Eqine Dambazyanın əri Artak Arakelyan məhkəmədə həyat yoldaşını 30 bıçaq zərbəsi ilə öldürdüyünü etiraf edib. 

Müqəssir iddia edir ki, hadisə qısqanclıq zəminində baş verib. Onun sözlərinə görə, Rusiyadan qayıdanda hiss edib ki, arvadının başqa kişi ilə münasibəti var. Sonradan həyat yoldaşının Skype-da gecə saatlarında uzun müddət türklə söhbət etdiyini öyrənib. Bundan sonra "qeyrətə gələn" erməni arvadını bıçaqlayaraq öldürüb. 

Jurnalistlərlə söhbət zamanı öldürülən qadının bacısı Kristina Dambazyan bildirib ki, Eqine türklə pul borcuna görə danışıb. O iddia edir ki, Artak Eqineni tez-tez döyürmüş. "Onlar türkə 1000 dollar boclu idilər. Türk daim zəng edirdi və pulu qaytarmağı tələb edirdi. Artak özü danışmaq istəmirdi, bacımı cavab verməyə məcbur edirdi. İndi o birdən qeyrətə gəlib və bacımı öldürüb," - deyə Kristina söyləyib. 

Qeyd edək ki, hadisə 2015-ci ilin sentyabr ayında baş verib. 40 yaşlı Artak Arakelyan 30 bıçaq zərbəsi ilə Eqine Dambazyanı öldürüb.
 
BAKU.WS