SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğın söndürülüb.

BAKU.WS FHN-ə istinadla xəbər verir ki, hazırda yanğın yerində soyutma və kiçik tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv materialların sökülməsi işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***09:20

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***08:28

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub.

BAKU.WS FHN-ə istinadla xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

BAKU.WS
VİDEO

VİDEO

QALEREYA