SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Suraxanı rayonunda iki avtomobilin toqquşması beş nəfərin yaralanmasına səbəb oldu.

BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, “Tofaş” və “Opel” markalı avtomobillərin iştirakı ilə baş verən qəza Suraxanı rayonunun Bahar qəsəbəsində qeydə alınıb.

Hadisə nəticəsində Opelin sürücüsü İntiqam Məmmədov, "Tofaş"ın sürücüsü Fərhad Səfərov, sərnişinlər Sergey Ustinov, Zəminə Qasımova, Sərxan Abuluaslanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq 3 saylı şəhər kliniki xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları aparılan avtoekspertizanın sonunda bəlli olacaq.

BAKU.WS
VİDEO