VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Lənkəran rayon polis şöbəsinə külli miqdarda narkotika alverilə bağlı məlumat daxil olub.


BAKU.WS
-in məlumatına görə, daxil olan məlumata əsasən Lənkəran rayon polis şöbəsinin əməkdaşları əməliyyat keçirib.


Keçirilən əməliyyat nəticəsində  Salyan rayon sakini, 1967-ci il təvəllüdlü Tərlan İli oğlu Bayramov 14 kiloqram 300 qram narkotik vasitə olan marixuananı satarkən yaxalanıb.

O, marixuananı 12 min manata satmaq istəyirmiş. Tərlan Bayramov istintaqa ifadəsində  narkotik maddəni özü əkib-becərdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma  aparılır.

Ziya Səccad
BAKU.WS