8 otaqlı evdə YANĞIN - 5 yaşlı uşaq ölüb - FOTO
01
apr
2024
12:55
Bərdədə fərdi yaşayış evində yanğın olub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Mirzəyev Elmir Əsgər oğluna məxsus iki mərtəbəli, 8 otaqlı fərdi yaşayış evində yanğın baş verib.
Əraziyə dərhal FHN-nin Bərdə yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının qarşısı alınıb, alov söndürülüb.
Hadisə nəticəsində biri azyaşlı olmaqla iki nəfər xilas olunaraq təhvil verilib.
2009-cu il təvəllüdlü Həsənzadə Rafael Rauf oğlu Bərdə xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Qaradağlı faciəsindən 32 il ötür
Bu gün Qaradağlı faciəsindən 32 il ötür. Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 199...