8 il öncə Rusiyada Şəmkir sakinini öldürən həmkəndlisi imiş
Yeniliklərdən dərhal xəbərdar olun
8 il öncə Rusiyada öldürülmüş azərbaycanlının qətlində şübhəli bilinən şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən qafqazinfo-ya bildirilib ki, 2014-cü ildə Tümendə öldürülən Şəmkir rayon sakini Vilayət Vəliyevin bıçaqla xəsarətlər yetirilmiş meyiti tapılsa da, cinayət işinin istintaqı zamanı hadisəni törədən şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb, bu günə qədər cinayət işi bağlı qalmışdı.
İş Şəmkir Rayon Polis Şöbəsi tərəfindən nəzarətdə saxlanılıb və ötən gün qətli törədən şəxsin kimliyi polis tərəfindən müəyyən olunub. Belə ki, mərhumun həmkəndlisi, əvvəllər məhkum olunmuş Elmidar Babayev Şəmkir rayonunda şübhəli şəxs qismində saxlanılıb. O, ilkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edib.
Faktla bağlı Rusiyada qaldırılmış cinayət işinin Azərbaycan tərəfinə təhvil verilməsi təmin olunacaq.
Oxşar xəbərlər
Nərminin işində İlkin Süleymanov DƏHŞƏTLİ FAKTLARI AÇDI: Həmin gecə səhərə qədər...
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. BAKU....