14 yaşlı bu oğlan itkin düşüb - FOTO

14 yaşlı bu oğlan itkin düşüb - FOTO
Hadisə 311

Qusar rayonunda 14 yaşlı yeniyetmə itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Qusar rayonu, Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrahov Əmrah Narulla oğlu cari ilin fevral ayının 1-də axşam saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Ə.Əmrahovun əlamətləri belədir: Boyu 155-160 sm., orta bədən quruluşlu, qısa saçlı, sağ qaşında xırda çapıq var. Azərbaycan və ləzgi dillərində sərbəst danışır.

Evdən çıxan zaman onun əynində qara idman şalvarı, qara qısa gödəkcə və qara rəngli idman papağı olub.

Şəkildə gördüyünüz yeniyetməni tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə və 023-385-28-22 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxşar xəbərlər

13 yaşlı oğlan itkin düşdü

13 yaşlı oğlan itkin düşdü

Şəkidə 13 yaşlı oğlan itkin düşüb. BAKU.WS "report"a istinadən xəbər verir ki, Şəki şəhər sakini, 2007-ci il təvəllüdlü Hüseynəli Hüseynli yanvarın 13-ü səhər s...

821 Hadisə 12:31 22 yanvar 2020

Son xəbərlər