“İnstagram” sosial şəbəkəsində narkotik vasitələrin qəbulunu təbliğ edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, DİN-in “İnstagram” sosial şəbəkəsindəki “polisazerbaycan” rəsmi səhifəsinə vətəndaşlardan biri müraciət edərək həmin sosial şəbəkədəki “tt.elcan_” adlı profildə narkotik vasitələrin qəbulunun təbliğ edildiyi barədə məlumat verib.

Məlumat aidiyyəti üzrə Baş Narkotiklərlə Mübarizə İdarəsinə göndərilib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində “tt.elcan_” səhifəsinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan Elcan Şahverdiyevə məxsus olduğunu məlum olub.

O, qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib. E. Şahverdiyev ifadəsində “İnstagram” sosial şəbəkəsində narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib.

Qeyd edək ki, E.Şahverdiyev artıq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məhkəmənin qərarı ilə 25 sutka müddətində inzibati qaydada həbs edilib.

BAKU.WS
QALEREYA