Bakıda “Qaqaş” ləqəbli narkotacir saxlanılıb

11
may
2018
11:15
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə axtarışda olan, Balaxanı qəsəbə sakini “Qaqaş” ləqəbli Rəşad Səfərov tutulub. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman 0,308 qram, idarə etdiyi “Niva” markalı avtomobilin yük yerindən isə 1 kiloqram 5 qram heroin aşkar edilərək götürülüb. R.Səfərov istintaqa ifadəsində narkotik vasitələrin aludəçisi olmaqla yanaşı satışı ilə məşğul olduğunu da etiraf edib.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.BAKU.WS



Oxşar xəbərlər
Keçmiş məhkumdan 7 kq-dan çox heroin və marixuana götürülüb (FOTO)
Sumqayıtda keçmiş məhkumdan 7 kiloqramdan artıq heroin və marixuana aşkar edilibDaxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Polis əməkdaşları tə...