SİZİN REKLAM BURADA!
055 213 76 73


Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsindən bir qədər aralıda və Suraxanı-Zığ Şosesində (keçmiş 7 saylı internatın yaxınlığında) dayanan qadın tutulub.
Bu barədə BAKU.WS-ə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun barəsində hüquq çərçivəsində tədbir görüləcəyi bildirilir.

16:40

Bakıda daha bir fırıldaqçı peyda olub.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb və video paylaşılıb.

Videoda göründüyü kimi bir qadın yol kənarında dayanır və kişi sürücüləri tora salır.

Bildirilir ki, hələlik kimliyi məlum olmayan qadın onun üçün maşın saxlayan sürücüləri şantaj edir. Qadın maşına oturur və sürücüdən 50 manat tələb edir.

Əks təqdirdə qadın polisə şikayət edəcəyini və yaxud onları şərləyəcəyini bildirir.

Qeyd edək ki, həmin qadın Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsindən bir qədər aralıda və Suraxanı-Zığ Şosesində (keçmiş 7 saylı internatın yaxınlığında) dayanaraq bu "əməli" törədir.

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirdilər ki, hazırda araşdırma aparılır.

Qadının üzü görünmədiyi üçün hələlik onun kimliyini müəyyən etmək çətindir.

Hazırda qadının kimliyi araşdırılır və onun tutulması istiqamətində əməliyyat aparılır.

BAKU.WS
VİDEO