SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımov vəfat edib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, o, 82 yaşında İsveçrədə dünyasını dəyişib.

Sabiq nazir uzun illərdir, bu ölkədə yaşayırdı.

Qeyd edək ki, T.Qasımov 1938-ci ildə anadan olub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb.

Universiteti bitirdikdən sonra Azərbaycan Еlmlər Akadеmiyasının Fizika İnstitutunda işləyib.

O, 1992-1993-cü illərdə Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışıb.

T.Qasımov uzun illərdir, ailəsi ilə birlikdə İsveçrənin Lütsern şəhərində yaşayırdı.

BAKU.WS