Bakı sakininə hədə-qorxu gələrək avtomobilini əlindən alıblar

Bakı sakininə hədə-qorxu gələrək avtomobilini əlindən alıblar
Hadisə 1773

Bakı sakininə bıçaqla hədə-qorxu gəlinərək avtomobili əlindən alınıb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhər sakini E.Həmidov Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edərək yanvarın 22-də “Ford” markalı avtomobilinə oturmuş 3 nəfərin ona bıçaqla hədə-qorxu gələrək nəqliyyat vasitəsinin açarlarını aldıqlarını, borclu olduğu 1000 manatı geri qaytardıqdan sonra verəcəklərini bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri D.Zülfüqarov və V.Əliyev müəyyən edilərək saxlanılıblar. Digər şəxsin tutulması üçün tədbirlər görülür.

Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər

Son xəbərlər