Bakıda sürücü "Gelandewagen"lə əks yola çıxıb avtoxuliqanlıq etdi - VİDEO

Sosial şəbəkələrdə sürücünün kobud qayda pozduğu əks olunan video yayılıb.
BAKU.WS xəbər verir ki, "Tik-Tok"da paylaşılan videodan göründüyü kimi sürücü əks yola çıxaraq qəza şəraiti yaradır.
Bakıda çəkilən bu görüntülər sosial şəbəkələrdə marağa səbəb olub. "Şükürov004" adlı istifadəçi öz "Tik-Tok" hesabında çox sayda bu cür videolar paylaşıb.
Rusiya Federasiyasında qeydiyyata alınan "E100YE" (10) dövlət nömrə nişanlı "Gelandewagen"lə qayda pozan sürücü bir anda diqqət mərkəzinə düşüb.
Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən Bakı şəhər BPİDYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirir ki, yayılan kadrlarla bağlı artıq araşdırmalar başlanılıb. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.
Oxşar xəbərlər
Bakıda sürücü avtoxuliqanlıq etdi - Polis hərəkətə keçdi - VİDEO
Bakıda daha bir sürücü avtoxuliqanlıq edib.BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, paytaxtın Xətai rayonu Nobel prospektində çəkilən videodan aydın olur...
