Bakıda sürücü "Gelandewagen"lə əks yola çıxıb avtoxuliqanlıq etdi - VİDEO

Bakıda sürücü Gelandewagenlə əks yola çıxıb avtoxuliqanlıq etdi - VİDEO
Video
Hadisə 7499

Sosial şəbəkələrdə sürücünün kobud qayda pozduğu əks olunan video yayılıb.

BAKU.WS xəbər verir ki, "Tik-Tok"da paylaşılan videodan göründüyü kimi sürücü əks yola çıxaraq qəza şəraiti yaradır.

Bakıda çəkilən bu görüntülər sosial şəbəkələrdə marağa səbəb olub. "Şükürov004" adlı istifadəçi öz "Tik-Tok" hesabında çox sayda bu cür videolar paylaşıb.

Rusiya Federasiyasında qeydiyyata alınan "E100YE" (10) dövlət nömrə nişanlı "Gelandewagen"lə qayda pozan sürücü bir anda diqqət mərkəzinə düşüb.

Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən Bakı şəhər BPİDYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirir ki, yayılan kadrlarla bağlı artıq araşdırmalar başlanılıb. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Son xəbərlər