SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İŞİD terror təşkilatı daha bir qalmaqallı video yayımlayıb.
 
BAKU.WS-in məlumatına görə, internetdə paylaşılan videoda 11 yaşındakı bir uşaq atasının əlini öpdükdən sonra bomba quraşdırılmış avtomobillə "cihad" edib. 

Videoda Abu İmara al-Omri adlı 11 yaşındakı uşağın hərəkətləri əks olunub. Azyaşlı uşağa bir İŞİD-çi tərəfindən təlim keçirilir və bombanın necə partladılması öyrədilir. Daha sonra avtomobilə minən uşaq atası ilə vidalaşaraq ölümə yollanır. 

Videonun son hissəsində avtomobilin necə partladığı da əks olunub. Terrorçuların "cənnət səni gözləyir" yalanlarına inanan azyaşlı insanların sıx olduğu bir ərazidə bombanı işə salır. Həmin partlayış anı isə anbaan kameraya çəkilib. 
 
BAKU.WS