Tovuz Gömrük İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında Gəncə şəhər sakini Məmmədov Şaiq Murad oğlunun idarə etdiyi "Ford Transit” markalı 20 DR 224 dövlət nömrə nişanlı avtomobilə baxış keçirib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yoxlama zamanı avtomobildən qaşaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 40000 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Ziya Babayev

BAKU.WS