SİZİN REKLAM BURADA!
055 213 76 73


Yanvarın 20-də Siyəzən rayonu ərazisində maqnitudası 3.1 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 20:53-də Siyəzən stansiyasından 18 kilometr cənub-şərqdə qeydə alınıb.

Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

BAKU.WS