SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda avtobus sürücüsünün avtoxuliqanlıq etdiyi görüntülər digər avtomobildəki kameraya qeyd olunub.

BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, dekabrın 31-i paytaxtın Kövkəb Səfərəliyeva küçəsində içi dolu sərnişinlə hərəkət edən 90-VS-432 qeydiyyat nişanlı avtobus sürücüsü əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib.

O, avtobusun sürətini artıraraq qarşıdan gələn avtomobillərin üzərinə sürüb.

Görüntünü qeydə alan sürücü qəzaya düşməmək üçün avtomobili tam dayandıraraq avtobus sürücüsünün hərəkətini müşahidə edib.

Avtobus sürücüsü heç bir əhəmiyyət vərməyərək hərəkətinə davam edib.

Qeyd edək ki, həmin vaxt avtobusun qapısı da açıq vəziyyətdə olub.

Həmin sürücünün hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin tərkibi var.

Yəni o, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək avtoxuliqanlıq edib.

Ümid edirik ki, adiyyəti qurumlar bu sürücü ilə bağlı ciddi tədbirlər görəcək.

BAKU.WS
VİDEO