Azərbaycanda qadınlar küçənin ortasında kişini döyüb ağız-burnunu partlatdılar - VİDEO

Ağcabədi rayonunda kütləvi dava baş verib.
BAKU.WS xəbər verir ki, həmin davanın görüntüləri sosial şəbəkələrdə yayılıb.
Yayılan videodan görünür ki, 2 qadın və bir oğlan bir təmizlik işçisini döyürlər. Ətrafda olan insanlar isə onları ayırmağa çalışırlar.
Hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər ki, həmin qadınların bacısı döyülən şəxsin həyat yoldaşıdır.
Yaranmış ailə münaqişəsi zəminində qadınlar bacısının yoldaşını döyməyə qərar veriblər. Videoda görünən əlində bıçaq olan oğlan isə qadınların qohumudur.
Məsələyə Daxili İşlər Nazirliyi münasibət bildirib.
Nazirlikdən BAKU.WS-ə bildirilib ki, hadisə ailə münaqişəsi zəmində baş verib.
Hazırda faktla bağlı rayon polisində araşdırma aparılır.
Oxşar xəbərlər
Bakının mərkəzində maşın yandı - VİDEO
Bakının səbail rayonunda minik maşını yanıb. Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilib ki, hadisə “Sahil” metrosu yaxı...
