SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda 11 yaşlı uşaq intihar edib. Hadisə Cəlilabad rayonunun Gülməmmədli kəndində qeydə alınıb.


BAKU.WS
-in məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarından Anspress-ə bildirilib ki, Gülməmmədli kənd sakini 2005-ci il təvəllüdlü Sabir Nuri Səlim oğlu özünü yaşadığı evin həyətindəki tövlədən asaraq intihar edib.


İlkin ehtimala görə, uşaq ailə üzvlərinin sözündən küsdüyü üçün belə bir addım atıb. Belə ki, ona hadisə baş verən gün ailə üzvləri tərəfindən televizora çox baxması barədə irad tutulub. Orta məktəb şagirdinin tövlədə asılmış meyitini ailə üzvləri aşkar ediblər. Hazırda hadisə yerində araşdırmalar aparılır.


Məlumata görə, intihar edən Sabir Nuri ailənin tək oğlan uşağı olub. Onun 3 bacısı var. Nurinin atasının kənd məktəbində müəllim, babasının isə xəstəxanada həkim işlədiyi bildirilir.


Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Ölkə ərazisində sonuncu intihar faktı ötən gün Bakıda qeydə alınıb. Xətai rayonu Məhəmməd Hadi küçəsi, 29/42 məhəllə 6, mənzil 31 ünvanında kirayədə yaşayan Moldova vətəndaşı 1993-cü il təvəllüdlü Gruia Glafira özünü yaşadığı hündürmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki mənzilindən ataraq intihar edib.


Ərazidə olan insanların təcili tibbi yardım çağırmasına baxmayaraq o, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.


BAKU.WS