Maşınını gömrükdən keçirən şəxs "infarkt" keçirdi - FOTO/YENİLƏNİB - RƏSMİ
Baş Gömrük İdarəsində baş verən ölüm hadisəsi ilə bağlı rəsmi məlumat yayılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, dekabrın 17-də Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin ərazisində Azərbaycan Respublikası vətəndaşı, 1962-ci il təvəllüdülü Sadiqov Elşən Bala Baba oğlunun səhhəti pisləşərək dünyasını dəyişib.
Belə ki, gömrük rəsmiləşdirilməsindən öncə Mərkəzi Gömrük Ekspertizası İdarəsinin ərazidəki laboratoriyasının qarşısında Elşən Sadiqovun nəqliyyat vasitəsinin içərisində halı qəflətən pisləşib. Dərhal əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin tibb işçilərinin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Bəzi kütləvi informasiya vasitələri mərhumun ölüm səbəbini guya gömrük ərazisindəki sıxlıqla, rəsmiləşdirmə ilə əlaqələndirərək həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Bir daha onu qeyd edək ki, gömrük ərazisində heç bir sıxlıq olmayıb, üstəlik hadisə gömrük rəsmiləşdirilməsi prosesindən əvvəl baş verib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
16:56...
Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən Baş Gömrük İdarəsində ölüm hadisəsi baş verib.
Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətti”nə verdiyi məlumata görə, növbədə gözləyən 57 yaşlı Elşən Sadıqovun qəflətən halı pisləşib. Onun üçün həkim çağırıblar. Lakin həkimlər gələnə qədər həmin şəxs dünyasını dəyişib.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətindən BAKU.WS-ə faktı təsdiqlədilər.
Bildirildi ki, hadisə laboratoriyanın qarşısında baş verib.
Növbə gözləyərkən maşının içindəcə Elşən Sadıqovun halı pisləşib. O, avtomobili gömrük rəsmiləşdirilməsindən keçirirmiş.
Qalereya
Oxşar xəbərlər
Bakıda “Hyundai” avtomobilində 9080 ədəd qanunsuz siqaret tapıldı
Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar.DGK-dan veril...