VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

36 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü kobud qayda pozuntusuna yol verib.

Bu barədə BAKU.WS-ə sərnişinlər məlumat verib.

Onların redaksiyaya ünvanladığı videodan bəlli olur ki, sürücü qaydalara və sərnişinlərin iradlarına məhəl qoymayaraq sükan arxasında siqaret çəkir, telefonla danışır.

Həmçinin sərnişinlər bilidiriblər ki, 36 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusların texniki vəziyyəti də qənaətbəxş deyil. Bundan başqa avtobusda təmizlik qaydalarına da əməl olunmur.

İstirahət günü olduğundan Bakı Nəqliyyat Agentliyinin mövqeyini öyrənmək mümkün olmadı. Qurumun faktları araşdıraraq görülən tədbirlərlə bağlı mətbuata açıqlama verəcəyinə ümid edirik.

BAKU.WS
VİDEO

VİDEO