Rusiyadan gələn kosmetika Azərbaycana buraxılmadı - FOTO

14
dek
2019
14:00
Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Toyota RAV 4" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
BAKU.WS bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsində və yük yerindəki boşluqlarda gömrük nəzarətindən gizlədilən 20 adda 506 ədəd müxtəlif növ kosmetik vasitələr aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb
Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb. Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən BAKU.WS-ə bildirilib ki, Qər...
