SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir müddətdir Tovuz rayonun Dondan Quşçu kəndində itgin düşən və bu gün də axtarışları davam etdirilən Nərmin Quliyevanın atası Əşrəf Quliyev danışıb.

Əşrəf Quliyev BAKU.WS-in bölgə müxbirinə açıqlamasında bildirib ki, bəzi kanallarda guya onun qızının qardaşı və qardaşı oğlu tərəfindən oğurlanığı kimi cəfəng fikirlər səslənib.

"Bu tip xəbərlər həqiqətə uyğun deyil. Müəyyən kanallarda qızımın yoxa çıxmasında qardaşım Lətif Quliyev və onun oğlu Ayxan Quliyevin əlinin olması ilə bağlı iddialar əsassızdır.

Məhz bu əsassız iddialardan sonra onları polis çağırdı və onlar polisdə izahat vermək məcburiyyətində qaldı. Onu demək istəyirəm ki, bu işdə qardaşımı və qardaşım oğlunu kimsə günahlandırmasın".

Qeyd edək ki, hadisə noyabrın 21, saat 14 radələrində baş verib.

BAKU.WS