İtkin düşən Nərminin atası: "Qızımı qardaşım oğurlamayıb"
Bir müddətdir Tovuz rayonun Dondan Quşçu kəndində itgin düşən və bu gün də axtarışları davam etdirilən Nərmin Quliyevanın atası Əşrəf Quliyev danışıb.
Əşrəf Quliyev BAKU.WS-in bölgə müxbirinə açıqlamasında bildirib ki, bəzi kanallarda guya onun qızının qardaşı və qardaşı oğlu tərəfindən oğurlanığı kimi cəfəng fikirlər səslənib.
"Bu tip xəbərlər həqiqətə uyğun deyil. Müəyyən kanallarda qızımın yoxa çıxmasında qardaşım Lətif Quliyev və onun oğlu Ayxan Quliyevin əlinin olması ilə bağlı iddialar əsassızdır.
Məhz bu əsassız iddialardan sonra onları polis çağırdı və onlar polisdə izahat vermək məcburiyyətində qaldı. Onu demək istəyirəm ki, bu işdə qardaşımı və qardaşım oğlunu kimsə günahlandırmasın".
Qeyd edək ki, hadisə noyabrın 21, saat 14 radələrində baş verib.
Oxşar xəbərlər
Yoxa çıxmış 10 yaşlı Nərminin anasının halı pisləşdi - Efirdə GƏRGİN ANLAR - VİDEO
21 noyabr tarixində Tovuz rayonunun Dondar Quşçu kəndində yoxa çıxan 10 yaşlı Nərmin Quliyeva Əşrəf qızı hələ də tapılmayıb. BAKU.WS xəbər verir ki, 2009-cu il...