Bakı metrosunda həyəcanlı anlar: sərnişinlər qatardan boşaldıldı

Bakı metrosunda həyəcanlı anlar: sərnişinlər qatardan boşaldıldı
Hadisə 2691

Bu gün səhər saatlarında Bakı Metropolitenində qatarda nasazlıq yaranıb. Bakı Metropoliteininin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin BAKU.WS-ə verdiyi məlumata görə, hadisə "Dərnəgül”-"Həzi Aslanov” istiqamətində hərəkət edən 29 saylı marşrut üzrə hərəkət edən qatarda qeydə alınıb. Nəticədə Qatar "20 yanvar” stansiyasında dayanıb və sərnişinlər düşürdülüb. "Boş qatar "Depo” stansiyasına göndərilib. Bu vaxt ərzində bir neçə dəqiqə boşluq yaranıb. Sonradan qatarların hərəkət qrafiki qaydasına salınıb. Hazırda heç bir problem və gecikmə yoxdur”, - deyə Nəsimi Paşayev bildirib. Ziya Babayev

BAKU.WS

Oxşar xəbərlər

Metroda həyəcanlı anlar: iki nəfər özündən getdi

Metroda həyəcanlı anlar: iki nəfər özündən getdi

Metronun "Elmlər Akademiyası" stansiyasında bu gün səhər saat saatlarında həyəcanlı anlar yaşanıb. BAKU.WS-in Trend-ə istinadla verdiyi məlumata görə, hadisə m...

1419 Hadisə 10:10 01 dekabr 2015

Son xəbərlər