SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin deputatı Yevda Abramovun ölüm xəbəri yayılıb. Lakin millət vəkilinin yaxınları məlumatı təkzib ediblər.

BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, Y. Abramovun vəziyyəti kritik olsa da, o, vəfat etməyib. Hazırda Mərkəzi Klinikadadır. Süni nəfəs aparatına qoşulmuş vəziyyətdədir. Ailəsi bəzi saytlarda artıq Abramovun dünyasını dəyişməsi ilə bağlı yayılan məlumatlardan narahat olduqlarını bildiriblər.

Qeyd edək ki, Y. Abramov uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir. O xeyli müddət İsraildə müalicə alıb.

BAKU.WS