SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin İstanbul şəhərində 5 mərtəbəli bina uçub.
 
BAKU.WS-in məlumatına görə, hadisə Beyoğlu İstiqlal Caddesi yaxınlığında 5 mərtəbəli binada qeydə alınıb. Hadisə yerinə çox sayda xilasedici dəstə və təcili tibbi yardım briqadası göndərilib. Hazırda binanın qalıqları altında insan olub olmadığı araşdırılır.
 
Bir hadisə şahidi binanın çökdüyü anı belə xatırlayır: "Binadan səslər gəldiyini eşitdim və qapının qarşısındakı insanlara qışqırdım. Bina boşaldıldıqdan sonra çökmə oldu".

5 mərtəbəli binanın ən alt mərtəbəsində çayxana, üst mərtəbələrində isə pansiyon var idi. İstanbul valisi Vasip Şahin çökən binanın qalıqları altında insanların olmadığını açıqlayıb. 
 
BAKU.WS