SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Müğənni İlhamə Quliyeva ötən gün prokurorluq əməkdaşları tərəfindən dindirilib.

BAKU.WS xəbər verir ki, bu haqda informasiyanı musavat.com yayıb. Xəbərə görə, dindirmə zamanı İlhamə Quliyeva çox çətin suallara cavab verməli olub.
Bakı Şəhər Prokurorluğundan istintaqa çağırış alandan sonra müğənninin durumu kəskin dəyişib. Hətta ayaqları tutulub. Elə bu səbəbdən də müğənni çağırış üzrə göstərilən saatda prokurorluğa gedə bilməyib. Onun vəkilinin israrlı xahişlərindən sonra müğənninin durumunu nəzərə alan prokuror müğənninin evində dindirilməsi qərarını verib. İlhamə Quliyeva evində Mehriban Hüseynovanın ictimailəşdirdiyi faktlarla bağlı suallara cavab vermək zorunda qalıb. Dindirmənin deputat Çingiz Qənizadənin müvafiq qurumlara müraciətindən sonra başlanmaş araşdırmalar çərçivəsində baş tutduğu deyilir.
 
Baş Prokurorluğun mətbuat xidməti saytın sorğusuna cavab verəcəyini bildirib.
 
BAKU.WS