SİZİN REKLAM BURADA!
055 213 76 73


  

"Universitetin adını açıqlamayacam, çünki paxıl, kölgəmdə gəzən insanlar çoxdur”
 
BAKU.WS "Qafqazinfo"ya istinadən məlumat verir ki, Xalq artisti İlhamə Quliyeva Hüquq fakültəsində təhsil alması ilə bağlı Moskva Dövlət Universitetinin təkzib xəbərinə reaksiya verib.
 
 
Xalq artisti açıqlamasında bildirib ki, həqiqətən Rusiyada təhsil alır: "Mokvada bir neçə təhsil ocağı var, mən onların birində təhsil alıram. Harada təhsil aldığımın heç kimə aidiyyatı yoxdur. Hüquq fakültəsinin mətbuat katibindən alınan açıqlama sifarişlidir, kimin təşkil etdiyini bilirəm, bu, mənə borc olsun. Bu kimi açıqlamalar mənim vecimə deyil, harada təhsil aldığımı özüm bilərəm. İki ildən sonra diplomumu alacam, hüquqşünas olacam, öz hüquqlarımı müdafiə edəcəm. "Moskva Dövlət Universitetində təhsil alıram” cümləsi, yəqin, ağzımdan çıxıb. Mən insanları azdırıram, çaşdırıram. Universitetin adını açıqlamayacam, çünki paxıl, kölgəmdə gəzən insanlar çoxdur”.

Qeyd edək ki, bir müddət öncə xalq artisti İlhamə Quliyeva "10-lar” haqda tələbəsi olduğu barədə açıqlama vermişdi. Hüquq fakültəsinin mətbuat katibi Yevgeniya Kryukova bildirib ki, fakültədə İlhamə Quliyeva adlı tələbə oxumur.

BAKU.WS