SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Xalq artisti İlhamə Quliyevanı öldürmək istəməkdə günahlandırılan Mehriban Hüseynova saxlanılıb.

Bu barədə xalq artisti BAKU.WS-ə açıqlamasında bildirib. Müğənninin sözlərinə görə, şikayətinə hüquqi qiymət verilib.

Xatırladaq ki, İlhamə Quliyeva Mehriban Bəylər qızı Hüseynovadan polisə şikayət edib. Müğənni evində çalışan Mehriban xanımın onu öldürmək istədiyini bildirib.

"Evimdə işləyən Mehriban Bəylər qızı Hüseynova məni öldürmək istəyib. Məni zəhərləmək istəyib. Venama iynə vurmaq üçün adam tutub. Evimdən 2500 manat pul oğurlayıb. Qızıl-zinət əşyalarımı oğurlayıb”, - deyə Xalq artisti bildirib.

Ziya Səccad

BAKU.WS