VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən axşam saatlarında Bakının mərkəzində qara rəngli "Mercedes-Maybach" markalı avtomobil qəza törədib.

Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, avtomobil əvvəlcə önündəki avtomobilə çırpılıb. Müvazinətini itirən avtomobil yol kənarında dayanan piyadanı vurub, sonra isə Bəşir Səfəroğlu və Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşən yaşayış evinə çırpılıb. 


Report xəbər verir ki, qəza nəticəsində iki nəfər - "Mercedes"in arxadan vurduğu "Opel" markalı avtomobilin sürücüsü, 27 yaşlı Zaur Əlizadə və yol kənarında dayanan piyada 70 yaşlı Vladimir Voronov ağır xəsarət alıb.

Hər iki yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, "Mercedes-Maybach"in 2019 modelinin qiyməti 350 min manatdan başlayır.
BAKU.WS
VİDEO

QALEREYA