Bakıda ötmə əməliyyatını pozan sürücü qəza törədib - FOTO

20
okt
2019
09:23
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində, Əhməd Mehbalıyev küçəsi ilə Muxtar Fətəliyev küçəsinin kəsişməsində qeydə alınıb.Məlum olub ki, sürücü Rasim Ağayev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə M.Fətəliyev küçəsinə dönürmüş, bu vaxt Ə.Mehbalıyev küçəsində hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü də ötmə əməliyyatı edib. Nəticədə "Mercedes" dönən nəqliyyat vasitəsinə çırpılıb, daha sonra isə yol nişanı və ağaca dəyib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.Hadisə yerinə Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.
Qalereya
Oxşar xəbərlər
Bakıda xanım sürücü avtomobili ağaca çırpıb
Bakının Nərimanov rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS APA-ya istinadla xəbər verir ki, qəza Ə.Rəcəbli kü...
